İyul ayına Gürcüstandan Aİ ölkələrinə 14 aviauçuş təyin olunub

İyul ayına Gürcüstandan Aİ ölkələrinə 14 aviauçuş təyin olunub
Region
908
30 İyun , 2020 14:01
İyul ayına Gürcüstandan Aİ ölkələrinə 14 aviauçuş təyin olunub

"İyul ayına Gürcüstandan Avropa İttifaqı (Aİ) ölkələri istiqamətində 14 uçuş planlaşdırılıb".

"Report"un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani bildirib.

Nazir deyib ki, Gürcüstanın bütün aviauçuşları dayandırması barədə yayılan məlumatlar doğru deyil.

D.Zalkalianinin sözlərinə görə, Aİ-nin sərhədlərinin Gürcüstan üçün iyulun 1-dən açılacağı barədə rəsmi qərar bu gün və ya sabah elan olunmalıdır.