Yuxarı
    Bağlamaq

    İstanbulda leysan yağıb, metro stansiyalarını və küçələri su basıb - VİDEO

    Meteoroloqlar yağışın Mərmərə və Trakya dənizləri regionunda güclənəcəyi barədə də xəbərdarlıq ediblər© NTV

    Bakı. 18 iyul. REPORT.AZ/ İstanbulda yağan güclü yağışlar bir neçə metro stansiyasını su altında qoyub, şəhərin bir çox rayonunda avtomobillərin hərəkəti iflic vəziyyətinə düşüb.

    "Report" NTV televiziyasına istinadən xəbər verir ki, bəzi küçələri, yeraltı dayanacaqları, binaların zirzəmilərini və alt mərtəbələrini su basıb. 

    Leysan yağışları ictimai nəqliyyatın hərəkətində də fasilələr yaradıb.

    Türkiyənin Fövqəladə Hallar üzrə Departamentinin Əlaqələndirmə Mərkəzi sürüşmə riskinin olduğu barədə xəbərdarlıq edib.

    Meteoroloqlar yağışın Mərmərə və Trakya dənizləri regionunda güclənəcəyi barədə də xəbərdarlıq ediblər.

    Şəhər meriyası sürücüləri vəziyyət normallaşanadək yola çıxmamağa çağırıb.  

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi