İstanbulda leysan yağıb, metro stansiyalarını və küçələri su basıb - VİDEO

İstanbulda leysan yağıb, metro stansiyalarını və küçələri su basıb - VİDEO Meteoroloqlar yağışın Mərmərə və Trakya dənizləri regionunda güclənəcəyi barədə də xəbərdarlıq ediblər
Region
18 İyul , 2017 13:57
İstanbulda leysan yağıb, metro stansiyalarını və küçələri su basıb - VİDEO
NTV

Bakı. 18 iyul. REPORT.AZ/ İstanbulda yağan güclü yağışlar bir neçə metro stansiyasını su altında qoyub, şəhərin bir çox rayonunda avtomobillərin hərəkəti iflic vəziyyətinə düşüb.

"Report" NTV televiziyasına istinadən xəbər verir ki, bəzi küçələri, yeraltı dayanacaqları, binaların zirzəmilərini və alt mərtəbələrini su basıb. 

Leysan yağışları ictimai nəqliyyatın hərəkətində də fasilələr yaradıb.

Türkiyənin Fövqəladə Hallar üzrə Departamentinin Əlaqələndirmə Mərkəzi sürüşmə riskinin olduğu barədə xəbərdarlıq edib.

Meteoroloqlar yağışın Mərmərə və Trakya dənizləri regionunda güclənəcəyi barədə də xəbərdarlıq ediblər.

Şəhər meriyası sürücüləri vəziyyət normallaşanadək yola çıxmamağa çağırıb.  

Son xəbərlər

Orphus sistemi