Yuxarı

​İraqda qaçırılan Türkiyə vətəndaşlarından ikisi sərbəst buraxılıb

Onları Bəsrə şəhərində azad ediblər

Bakı. 16 sentyabr. REPORT.AZ/ İraqda qaçırılan Türkiyənin 18 vətəndaşından ikisi sərbəst buraxılıb.

"Report" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bigic bildirib.

Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıda səfərdə olan T.Bigic jurnalistlərə deyib ki, Bağdadda qaçırılan ölkəsinin 18 vətəndaşından Necdet Yılmaz və Ercan Özpilavçı sərbəst buraxılıb.

Onların Bəsrə şəhərində sərbəst buraxıldğı bildirilib.

Xatırladaq ki, sentyabrın 2-də İraqın əl-Sədr şəhərində idman kompleksi tikintisində çalışan Türkiəynin 18 vətəndaşı qaçırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi