​İraqda qaçırılan Türkiyə vətəndaşlarından ikisi sərbəst buraxılıb

​İraqda qaçırılan Türkiyə vətəndaşlarından ikisi sərbəst buraxılıb Onları Bəsrə şəhərində azad ediblər
Region
16 Sentyabr , 2015 15:19
​İraqda qaçırılan Türkiyə vətəndaşlarından ikisi sərbəst buraxılıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ İraqda qaçırılan Türkiyənin 18 vətəndaşından ikisi sərbəst buraxılıb.

"Report" xəbər verir ki, bunu Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Tanju Bigic bildirib.

Türkiyənin xarici işlər naziri Feridun Sinirlioğlunun rəhbərlik etdiyi nümayəndə heyətinin tərkibində Bakıda səfərdə olan T.Bigic jurnalistlərə deyib ki, Bağdadda qaçırılan ölkəsinin 18 vətəndaşından Necdet Yılmaz və Ercan Özpilavçı sərbəst buraxılıb.

Onların Bəsrə şəhərində sərbəst buraxıldğı bildirilib.

Xatırladaq ki, sentyabrın 2-də İraqın əl-Sədr şəhərində idman kompleksi tikintisində çalışan Türkiəynin 18 vətəndaşı qaçırılıb. 

Son xəbərlər

Orphus sistemi