Yuxarı

İraq İranla bank əməliyyatlarını dondurub

İraq İranla bank əməliyyatlarını dondurub
© ANNA-News

Bakı. 9 avqust. REPORT.AZ/ İraq hökuməti ABŞ-ın rəsmi Tehrana qarşı sanksiyalar tətbiq etməsindən sonra İranın maliyyə institutları ilə bank köçürmələrini dayandırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İraqın "Al-Mada" elektron nəşri məlumat verib.

Məlumata görə, ABŞ Maliyyə Nazirliyi İraq Mərkəz Bankına məktub göndərərək İraq tərəfini aktivləri dondurmaq və "qara siyahı"ya salmaq təhlükəsi ilə təhdid etməklə İranla bütün bank əməliyyatlarını dayandırmağa məcbur edib.

İraq baş nazirinin iqtisadi məsələlər üzrə müşaviri Məzhər Məhəmməd İrana qarşı məhdudiyyətlərin bank sektoru ilə yanaşı, energetika sahəsinə də toxunduğunu bildirib: "İraq hökuməti ABŞ-ın tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar alternativ enerji mənbələri üçün axtarışa başlayıb".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi