İranda ilk dəfə mamontların daşlaşmış dişləri tapılıb

İranda ilk dəfə mamontların daşlaşmış dişləri tapılıb Analoji tapıntılar daha əvvəl Azərbaycanda olub
Region
13 İyun , 2018 12:26
İranda ilk dəfə mamontların daşlaşmış dişləri tapılıb
irna.ir
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ İranda, təqribən, 2 milyon il əvvəl yaşamış və fillər ailəsinin nəsli kəsilmiş məməlilərin daşlaşmış dişləri tapılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, IRNA agentliyi tapıntının ölkənin şimal-qərbindəki Ərdəbil vilayətində edildiyini yazıb.

"Daha əvvəl burada belə bir şey aşkar olunmamışdı. Daşlaşmış dişlərin biri erkək, digəri isə dişi saçsız mamonta aiddir. Onlardan biri, ola bilsin, təxminən, 2 milyon il bundan əvvəl İranda yaşayan hind filinin dişinə bənzəyir", - İranın Təbiət Elmləri və Genetik Resurslar Bürosunun Paleontologiya şöbəsinin rəhbəri Zəhra Orak bildirib.

IRNA qeyd edir ki, analoji tapıntılar daha əvvəl Azərbaycanda olub. Bununla əlaqədar, İranın Təbiət Elmləri və Genetik Resurslar Bürosu bu böyük heyvanların yaşayış sahəsini müəyyən etmək üçün Azərbaycan tərəfi ilə birgə araşdırma aparmaq qərarına gəlib.

Qeyd edək ki, Azərbaycan ərazisində Cənubi və ya Xəzər mamontunun kəllə sümüyü və fraqmentləri 2001-ci ildə Mingəçevir şəhəri yaxınlığındakı Dəyirmandağ dağının qərb yamacında aşkar edilib. Hazırda qalıqlar Bakıda Təbiət Muzeyində saxlanılır.

Son xəbərlər

Orphus sistemi