İran, Rusiya, Yaponiya və Fransada "quş qripi" yayılıb

İran, Rusiya, Yaponiya və Fransada "quş qripi" yayılıb İranda xəstəliyə yoluxmuş 513 min toyuq, Yaponiyada isə 165 min ördək öldürülüb
Region
30 Noyabr , 2016 14:04
İran, Rusiya, Yaponiya və Fransada quş qripi yayılıb

Bakı. 30 noyabr. REPORT.AZ/ İranda H5N8 virusuna (“quş qripi”) yoluxan 500 min toyuq məhv edilib.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu İran Baytarlıq İdarəsinin sədri Mehdi Halaç deyib. 

Onun sözlərinə görə, İranda 4 quşçuluq fabrikində xəstəlik aşkarlanıb: “Yüksək səviyyədə H5N8 virusu aşkar edildiyindən 513 min toyuq məhv edilib”.

Məlumata görə, Rusiya və Yaponiya quşçuluq fabriklərində də "quş qripi" aşkarlanıb. Yaponiyada 310 min toyuq məhv edilmək üçün ayrılıb, 165 min ördək isə öldürülüb.

Avropa İttifaqı ölkələrindən Fransanın quşçuluq təsərrüfatlarında bu virus təsbit edilib. Fransalı mütəxəssislər hesab edirlər ki, ölkədəki təsərrüfatlara bu yoluxucu xəstəlik xaricdən gələn quşlar vasitəsilə keçir. Ona görə də Fransada ölkəyə gətirilən quş və quş məhsullarına ciddi nəzarət etməyə başlayıblar. 

Son xəbərlər

Orphus sistemi