İran prezidentinin Rusiyaya ikigünlük rəsmi səfəri başlayıb

İran prezidentinin Rusiyaya ikigünlük rəsmi səfəri başlayıb Həsən Ruhani Vladimir Putinlə görüşəcək
Region
27 Mart , 2017 17:48
İran prezidentinin Rusiyaya ikigünlük rəsmi səfəri başlayıb

Bakı. 27 mart. REPORT.AZ/ İran prezidenti Həsən Ruhani Moskvada rəsmi səfərdədir.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, onun təyyarəsi Moskvada “Vnukovo” hava limanında yerə enib.

O, səfərin birinci günü Rusiyanın baş naziri Dmitri Medvedevlə görüşəcək. Görüş zamanı ikitərəfli, o cümlədən energetika sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunacaq.

Martın 28-də Rusiya prezidenti Vladimir Putinlə Həsən Ruhani arasında keçiriləcək görüşdə isə birgə energetika layihələrinə diqqət ayrılacaq. Danışıqların nəticəsinə əsasən bir sıra ikitərəfli sənədlər imzalanacaq. 

Son xəbərlər

Orphus sistemi