Yuxarı

​İran OPEK-ə məktub göndərib

Bijen Namdar Zəngəne: Neft hasilatını artırmaq üçün heç kimin qərarını gözləmirik

Bakı. 4 iyun. REPORT.AZ/ "Bəli, biz OPEK-ə məktub göndərmişik. Orada bildirmişik ki, İrana qarşı sanksiyalar aradan qaldırılandan sonra neft hasilatını qısa müddət ərzində yasaqlardan əvvəlki həcmə çatdıracağıq".

"Report" İran KİV-inə istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijən Namdar Zəngəne bildirib.

O qeyd edib ki, məktubda OPEK-dən bu məsələyə münasibət bildirməsini istəyiblər. Nazirin sözlərinə görə, OPEK üzvləri neftin qiymətinin indiki səviyyədə qalmasını istəyirlərsə, o zaman İran nefti üçün də yer ayırmalıdırlar.

"OPEK bu məsələ ilə bağlı qərar qəbul edəcəkmi" sualına cavabında nazir deyib: "Biz məktub yazıb, göndərdik. Neft hasilatı ilə bağlı heç kimin qərarını gözləmirik".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi