Gürcüstanın iqtisadiyyat naziri: “Energetika Nazirliyinin yaradılması nəzərdən keçirilməyəcək”

Gürcüstanın iqtisadiyyat naziri: “Energetika Nazirliyinin yaradılması nəzərdən keçirilməyəcək” “Gürcüstan hökuməti energetika sektorunun İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən ayrılması məsələsini nəzərdən keçirməyəcək”.
Region
19 Sentyabr , 2019 15:35
Gürcüstanın iqtisadiyyat naziri: “Energetika Nazirliyinin yaradılması nəzərdən keçirilməyəcək”

“Gürcüstan hökuməti energetika sektorunun İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən ayrılması məsələsini nəzərdən keçirməyəcək”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti kiçik hökumət konsepsiyasının tərəfdarıdır: “Energetikaya gəlincə, bu sahə bizim iqtisadi siyasətimizin əsas prioritetidir. Burada biz Avropa tipli energetika sektorunun yaradılması ilə bağlı islahatlar yolunu seçmişik və bu yoldan yayınmırıq”.

Qeyd edək ki, son günlər Gürcüstanda 2017-ci ildə ləğv olunan Energetika Nazirliyinin yenidən yaradılması ilə bağlı bir sıra təkliflər irəli sürülür. Keçmiş energetika naziri Kaxa Kaladze də bu ideyanı dəstəkləyənlər arasındadır. 

Son xəbərlər

Orphus sistemi