“Gürcüstan hökuməti energetika sektorunun İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyindən ayrılması məsələsini nəzərdən keçirməyəcək”.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava bildirib.
Onun sözlərinə görə, Gürcüstan hakimiyyəti kiçik hökumət konsepsiyasının tərəfdarıdır: “Energetikaya gəlincə, bu sahə bizim iqtisadi siyasətimizin əsas prioritetidir. Burada biz Avropa tipli energetika sektorunun yaradılması ilə bağlı islahatlar yolunu seçmişik və bu yoldan yayınmırıq”.
Qeyd edək ki, son günlər Gürcüstanda 2017-ci ildə ləğv olunan