Yuxarı
    Bağlamaq

    Gürcüstanda yeni energetika naziri təyin olunub

    İlya Eloşvili 2012-ci ildən energetika nazirinin birinci müavini vəzifəsində çalışıb© Спутник-Грузия

    Bakı. 12 iyul. REPORT.AZ/ İlya Eloşvili Gürcüstanın yeni energetika naziri təyin edilib.

    "Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, bu barədə Baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında bildirib.

    Hökumət başçısının sözlərinə görə, İ.Eloşvili 2012-ci ildən energetika nazirinin birinci müavini vəzifəsində çalışıb və nazirliyin həyata keçirdiyi bütün layihələrə böyük töhfə verib.

    Qeyd edək ki, Gürcüstanda energetika naziri vəzifəsi Tbilisi meri olmağa namizəd kimi təqdim edilən Kaxa Kaladzenin postdan ayrılmasından sonra vakant olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi