Gürcüstanda yeni energetika naziri təyin olunub

Gürcüstanda yeni energetika naziri təyin olunub İlya Eloşvili 2012-ci ildən energetika nazirinin birinci müavini vəzifəsində çalışıb
Region
110
12 İyul , 2017 15:02
Gürcüstanda yeni energetika naziri təyin olunub
Спутник-Грузия

Bakı. 12 iyul. REPORT.AZ/ İlya Eloşvili Gürcüstanın yeni energetika naziri təyin edilib.

"Report" "Qruziya-Online" portalına istinadən xəbər verir ki, bu barədə Baş nazir Giorgi Kvirikaşvili hökumətin iclasında bildirib.

Hökumət başçısının sözlərinə görə, İ.Eloşvili 2012-ci ildən energetika nazirinin birinci müavini vəzifəsində çalışıb və nazirliyin həyata keçirdiyi bütün layihələrə böyük töhfə verib.

Qeyd edək ki, Gürcüstanda energetika naziri vəzifəsi Tbilisi meri olmağa namizəd kimi təqdim edilən Kaxa Kaladzenin postdan ayrılmasından sonra vakant olub.

Son xəbərlər

Orphus sistemi