Gürcüstanda Azərbaycandilli məktəbdə təmir-bərpa işləri davam edir - FOTO

Gürcüstanda Azərbaycandilli məktəbdə təmir-bərpa işləri davam edir - FOTO Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda iki ictimai məktəbdə təmir-bərpa işləri aparılır.
Region
16 Avqust , 2019 19:04
Gürcüstanda Azərbaycandilli məktəbdə təmir-bərpa işləri davam edir - FOTO

Gürcüstanda azərbaycanlıların yığcam yaşadığı Qardabani rayonunda iki ictimai məktəbdə təmir-bərpa işləri aparılır.

"Report"un yerli bürosu xəbər verir ki, həmin məktəblər Sartiçala 2 saylı kənd orta məktəbi və Muğanlı kəndindəki Azərbaycandilli məktəbdir.

Qardabani rayonunun icra başçısı Ramaz Budaqaşvili məktəblərə baş çəkib və təmir işləri ilə tanış olub.

Hər iki məktəbdə qapı və pəncərələr yeniləri ilə əvəzlənir, yeni dam örtüyü quraşdırılır və sanitar qovşaqları yaradılır.

Sartiçala məktəbinin bərpasına 156 897 lari, Muğanlı məktəbinin təmir-bərpa işlərinə isə 289 465 lari vəsait ayrılıb.

Təhsil müəssisələrində yenidənqurma işlərinin yeni tədris ilinin başlamasına qədər başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Muğanlı kənd məktəbində 500-ə yaxın şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 60-a yaxın müəllim məşğul olur. Məktəb uzun illər təhsilə yararsız vəziyyətdə fəaliyyət göstərib. Üçmərtəbəli təhsil müəssisəsi 40 ildən artıqdır istifadəyə verilsə də, bu günə qədər binada əsaslı təmir işləri aparılmayıb. 

Son xəbərlər

Orphus sistemi