Yuxarı

Gürcüstan MSK: Seçici səslərinin 99,7 faizi hesablanıb, Salome Zurabaşvili öndədir - YENİLƏNİB-3

Tbilisi. 29 noyabr. REPORT.AZ/ Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərində ikinci turunun seçici səslərinin 99,7 faizinin hesablandığını açıqlayıb.

"Report" xəbər verir ki, rəsmi nəticələrə əsasən Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabaşvili seçicilərin 59,56 faizinin səsini toplayıb.

Müxalifətdən olan namizəd Qriqol Vaşadze isə seçicilərin 40,44 faizinin səsini qazanıb.

Məlumata görə, Zurabişvilini 1 milyon 146 min seçici, Vaşadzeni isə 778 min nəfər dəstəkləyib. 



***03:02

Gürcüstanın Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səslərin 97 faizinin hesablanmasından sonra məlumatları açıqlayıb.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, rəsmi göstəricilərə əsasən hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 59,6 faizini, müxalifətdən olan namizəd Qriqol Vaşadze isə 40,4 faiz səs toplayıb.

Bildirilir ki, Zurabişvilini 1,1 milyondan çox, Vaşadzeni isə 766 min seçici dəstəkləyib. 



***00:40

Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) bu vaxta qədər seçki məntəqələrinin yarısından çoxu üzrə səsvermə nəticələrini elan edib.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili 58,11%, müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 41,89% qazanıb.

Prezident seçkilərinin ikinci turu ilə bağlı 3705 seçki məntəqəsi fəaliyyət göstərib. Nəticələr 1970 seçki məntəqəsini əhatə edir.


00:13

Gürcüstan Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turu ilə bağlı ilkin nəticələri açıqlayıb.

“Report”un yerli bürosunun verdiyi xəbərə görə, Gürcüstanın hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi prezidentliyə müstəqil namizəd Salome Zurabişvili səslərin 57,48%-ni (315 697 səs), müxalif Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze isə 42,52%-ni (233 563 səs) əldə edib.

İlkin nəticələr 1 337 seçki məntəqəsini əhatə edir.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi