Gürcüstan baş nazirinin parlamentdə illik hesabatla çıxışı təxirə salınıb

Gürcüstan baş nazirinin parlamentdə illik hesabatla çıxışı təxirə salınıb Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin ölkə parlamentində illik hesabat təqdim etməsi təxirə salınıb.
Region
27 İyun , 2019 11:52
Gürcüstan baş nazirinin parlamentdə illik hesabatla çıxışı təxirə salınıb

Gürcüstanın Baş naziri Mamuka Baxtadzenin ölkə parlamentində illik hesabat təqdim etməsi təxirə salınıb.

"Report"un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan parlamentinin sədri Arçil Talakvadze bildirib.

Spiker bildirib ki, hesabatın təxirə salınması ölkədə baş verən proseslərlə bağlıdır. O qeyd edib ki, indiki vəziyyətdə sənədlə bağlı müzakirələrin aparılması qeyri-mümkündür.

Baş nazirin parlamentdə çıxışı ilə bağlı yeni tarixin müəyyən olunması üçün məsləhətləşmələr aparılacaq.

Qeyd edək ki, M.Baxtadzenin parlamentdə illik hesabatla çıxışı bu günə təyin olunmuşdu. Hökumət başçısının 212 səhifəlik hesabatı Gürcüstanın xarici siyasəti, təhlükəsizlik məsələləri, iqtisadi proseslər, təhsil islahatları, insan haqlarının müdafiəsi və digər sahələri əhatə edir. 

Son xəbərlər

Orphus sistemi