GMİ sədri: “Gürcüstan müsəlmanları ölkədə marixuana yetişdirilməsini qəbuledilməz sayırlar”

GMİ sədri: “Gürcüstan müsəlmanları ölkədə marixuana yetişdirilməsini qəbuledilməz sayırlar” Tbilisi. 13 sentyabr. REPORT.AZ/ “Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”.
Region
13 Sentyabr , 2018 12:59
GMİ sədri: “Gürcüstan müsəlmanları ölkədə marixuana yetişdirilməsini qəbuledilməz sayırlar”
0 : 00
0 : 00

Tbilisi. 13 sentyabr. REPORT.AZ/ “Gürcüstan müsəlmanları ölkədə marixuananın ixrac məqsədi ilə yetişdirilməsini qəbuledilməz sayırlar”.

“Report”un yerli bürosunun məlumatına görə, bunu Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) sədri şeyx Hacı Ramin İgidov keçirdiyi mətbuat konfransında bildirib.

O deyib ki, marixuananın yetişdirilməsinə icazənin verilməsi işsizlik fonunda gələcək nəsil üçün zərərli olacaq.

GMİ sədri hesab edir ki, marixuana ixrac etməklə Gürcüstanın adı narkotik vasitələrlə assosiasiya olacaq, bu da ölkənin beynəlxalq imicinə mənfi təsir göstərəcək.

R.İgidov GMİ-nin marixuananın istehsalını nəzərdə tutan qanunun qəbul olunmaması üçün dövlət qurumlarına müraciət edəcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi