​Ermənistanın xarici borcu 14 faiz artıb

​Ermənistanın xarici borcu 14 faiz artıb KİV: "Bu, son deyil və yüz milyonlarla dollarlıq yeni kredit müqavilələri imzalanıb"
Region
16 Sentyabr , 2015 12:30
​Ermənistanın xarici borcu 14 faiz artıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Sentyabrın əvvəlində Ermənistanın xarici kreditorlar və beynəlxalq maliyyə qurumları qarşısında borcu 4 milyard dolları ötüb.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu ilin ilk 8 ayında ölkənin xarici borcu 4 milyard 68 milyon dollar təşkil edib. Bu isə ilin əvvəlinə olan borcdan 283 milyon dollar və ya təxminən 14 faiz artıqdır.

Xəbərdə bildirilib ki, bu, son deyil və yüz milyonlarla dollarlıq yeni kredit müqavilələri imzalanıb: "Həmin müqavilələrə silah almaq üçün nəzərdə tutulan Rusiyanın verdiyi 200 milyon dollarlıq kredit də daxildir. Bu və Ermənistan Atom Elektrik Stansiyasının modernləşdirilməsi üçün alınan kredit hələ xarici borca daxil edilməyib".

Son xəbərlər

Orphus sistemi