Yuxarı
    Bağlamaq

    Ermənistanın valyuta ehtiyatı azalıb

    Ötən ilin yanvarı ilə müqayisədə 40% azalma müşahidə olunub

    Bakı. 3 mart. REPORT.AZ/ Ermənistanın beynəlxalq valyuta ehtiyatı bir ay ərzində 10% azalıb.

    "Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Mərkəzi Bankının rəsmi açıqlamasında bildirilib.

    "Bu ilin yanvarında Ermənistanın beynəlxalq valyuta ehtiyatı 1 milyard 351 milyon dollar həcmində olub. Bu, son 6 ildə yeni antirekord göstəricidir. 2009-ci ildə valyuta ehtiyatı 1 milyard 258 milyon dollar olub", - məlumatda bildirilib.

    Xəbərdə vurğulanıb ki, ötən ilin dekabrında valyuta ehtiyatı 1 milyard 489 milyon dollar olduğu halda, bu ilin yanvarında o, 138 milyon dollar, yaxud 10%, ötən ilin birinci ayı ilə müqayisədə isə 90 milyon və ya 40% azalıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi