Bakı. 3 mart. REPORT.AZ/ Ermənistanın beynəlxalq valyuta ehtiyatı bir ay ərzində 10% azalıb.
"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu haqda ölkə Mərkəzi Bankının rəsmi açıqlamasında bildirilib.
"Bu ilin yanvarında Ermənistanın beynəlxalq valyuta ehtiyatı 1 milyard 351 milyon dollar həcmində olub. Bu, son 6 ildə yeni antirekord göstəricidir. 2009-ci ildə valyuta ehtiyatı 1 milyard 258 milyon dollar olub", - məlumatda bildirilib.
Xəbərdə vurğulanıb ki, ötən ilin dekabrında valyuta ehtiyatı 1 milyard 489 milyon dollar olduğu halda, bu ilin yanvarında o, 138 milyon dollar, yaxud 10%, ötən ilin birinci ayı ilə müqayisədə isə 90 milyon və ya 40% azalıb.