Yuxarı

Dələduzluqda şübhəli bilinən 129 çinli Ermənistandan deportasiya olunub

Dələduzlar özlərini hüquq-mühafizə xidmətlərinin əməkdaşları kimi təqdim edib və Çin sakinlərindən pul alıblar

Bakı. 8 sentyabr. REPORT.AZ/ Ermənistanın hüquq-mühafizə orqanları kommunikasiyalar sahəsində dələduzluqda şübhəli bilinən 129 Çin vətəndaşı, o cümlədən Tayvanın 78 sakinini Çinə deportasiya edib.

"Report" xəbər verir ki, bu barədə "Sinxua" İctimai Təhlükəsizlik Nazirliyinə istinadən bildirib. 

Qeyd olunur ki, şübhəli şəxslər avqustun 20-də yerli polisin keçirdiyi reydlər nəticəsində saxlanılıb. Axtarışlar zamanı polislər müxtəlif avadanlıq, o cümlədən çox sayda kompüter və smartfon aşkar edib. Bildirilir ki, dələduzlar özlərini hüquq-mühafizə xidmətlərinin əməkdaşları kimi təqdim edib və Çin sakinlərindən telefon zəngləri vasitəsilə pul alıblar.

Agentliyin məlumatına görə, ehtimal edilən dələduzlar ümumi dəyəri 1,2 mln. dollar olan 50 dələduzluq halında şübhəli bilinir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi