Ermənistanda qumarda zabitə uduzduqdan sonra intihar edən əsgərin ölümü ilə bağlı cinayət işinin istintaqı yubadılır

Ermənistanda qumarda zabitə uduzduqdan sonra intihar edən əsgərin ölümü ilə bağlı cinayət işinin istintaqı yubadılır Araşdırmalar zamanı hərbi qulluqçunun şərəf və ləyaqətinin alçaldılması faktı aşkarlanıb
Region
26 Dekabr , 2016 12:26
Ermənistanda qumarda zabitə uduzduqdan sonra intihar edən əsgərin ölümü ilə bağlı cinayət işinin istintaqı yubadılır

Bakı. 26 dekabr. REPORT.AZ/ Ermənistan ordusunun ön xətt bölməsində qulluq edən əsgəri Qevork Xaçatryanın ölüm faktı ilə bağlı cinayət işinin araşdırılması bir ildən artıqdır davam edir və hələ də başa çatmayıb.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, ötən müddət ərzində meyitin təkrar müayinəsi keçirilib.

İnformasiyaya əsasən, araşdırmalar zamanı hərbi qulluqçunun şərəf və ləyaqətinin alçaldılması faktı aşkarlanıb.

Məlum olub ki, Ermənistan ordusunun kapitanı M.Oskanyan qumar oyunu təşkil edib. Zabit uduzan tərəfin 7 gün ərzində yeməkxanadan ərzaq qalıqlarını toplaması və hərbi hissənin yaxınlığında ona məxsus donuzxanada saxladığı donuzları yemləməsi şərtini irəli sürüb.

Məlumatda bildirilib ki, kapitanla qumar oynayan əsgərlər uduzublar və şərti yerinə yetiriblər. Elə həmin gün Ermənistan ordusunun bu hərbi hissədəki əsgər Qevork Xaçatryan mobil telefonla bir neçə yerə zəng edib, daha sonra özünü odlu silahla güllələyərək intihar edib. Araşdırma zamanı ölən əsgərin başqa erməni əsgəri Harut Muradyan tərəfindən də döyüldüyü məlum olub.

İnformasiyaya əsasən, kapitan M.Oskanyan, əsgər H.Muradyan məhkəmənin qərarı ilə həbs edilib. Baş leytenant H.Vardeanyana və əsgər A.Sarqsyana qarşı kifayət qədər sübut olmadığı üçün onlar barəsində həbs qətimkan tədbiri təmin edilməyib.

Qeyd edilib ki, Qevork Xaçatryan 2015-ci ildə noyabrın 28-də intihar edib. 

Son xəbərlər

Orphus sistemi