Yuxarı

Ermənistan parlamentində insan haqları üzrə komissiya ləğv olunacaq

Parlament komissiyalarının sayı 12-dən 10-a qədər azalacaq

Bakı. 7 sentyabr. REPORT.AZ/ Ermənistanda iki parlament komissiyasını ləğv etməyi planlaşdırırlar.

"Report" Ermənistan KİV-inə istinadən xəbər verir ki, Ermənistan parlamentinin yeni reqlamentinə əsasən, parlament komissiyalarının sayı 12-dən 10-a qədər azala bilər. 

Rəhbərlik Avropaya inteqrasiya üzrə komissiyanı və insan haqları komissiyasını ləğv etmək niyyətindədir. Birinci komissiya xarici məsələlər komissiyasına, ikincisi isə - dövlət-hüquqi məsələlər komissiyasına birləşdiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi