Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistan parlamenti Gümrüdəki hadisələrlə bağlı müşavirəni təxirə salıb.
"Report" Ermənistan informasiya vasitələrinə istinadən xəbər verir ki, buna səbəb kimi Rusiya hərbçisinin yaraladığı 6 aylıq körpənin yanvarın 19-da ölməsi göstərilib.
Xatırladaq ki, yanvarın 20-də Ermənistan parlamentinin dövlət-hüquq, xarici siyasət, daxili işlər və təhlükəsizlik məsələləri üzrə komissiyalarının birgə müşavirəsinin keçirilməsi planlaşdırılmışdı.
Qeyd edək ki, yanvarın 12-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək, həbs olunub. Onun yaraladığı 6 aylıq körpə isə dünən ölüb.