​Ermənistan parlamentində Gümrü hadisələrinin müzakirəsi təxirə salınıb

​Ermənistan parlamentində Gümrü hadisələrinin müzakirəsi təxirə salınıb 6 aylıq körpənin ölməsi buna səbəb kimi göstərilib
Region
20 Yanvar , 2015 09:47
​Ermənistan parlamentində Gümrü hadisələrinin müzakirəsi təxirə salınıb

Bakı. 20 yanvar. REPORT.AZ/ Ermənistan parlamenti Gümrüdəki hadisələrlə bağlı müşavirəni təxirə salıb.

"Report" Ermənistan informasiya vasitələrinə istinadən xəbər verir ki, buna səbəb kimi Rusiya hərbçisinin yaraladığı 6 aylıq körpənin yanvarın 19-da ölməsi göstərilib.

Xatırladaq ki, yanvarın 20-də Ermənistan parlamentinin dövlət-hüquq, xarici siyasət, daxili işlər və təhlükəsizlik məsələləri üzrə komissiyalarının birgə müşavirəsinin keçirilməsi planlaşdırılmışdı.

Qeyd edək ki, yanvarın 12-də Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının müddətli əsgəri Valeri Permyakov Gümrüdə bir erməni ailəsinin 6 üzvünü qətlə yetirməkdə şübhəli bilinərək, həbs olunub. Onun yaraladığı 6 aylıq körpə isə dünən ölüb. 

Son xəbərlər

Orphus sistemi