Ermənistan parlamenti buraxılır

Ermənistan parlamenti buraxılır Bakı. 1 noyabr. REPORT.AZ/ Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.
Region
1 Noyabr , 2018 16:11
Ermənistan parlamenti buraxılır
0 : 00
0 : 00

Bakı. 1 noyabr. REPORT.AZ/ Ermənistan parlamenti yeganə namizəd olan Nikol Paşinyanı yenidən baş nazir postuna seçməyib.

“Report” xəbər verir ki, məlumatı Ermənistan KİV-i yayıb.

Qeyd edək ki, seçki formal xarakter daşıyır.

Xatırladaq ki, N.Paşinyan oktyabrın 16-da istefa verib. Ölkə qanunlarına əsasən, parlament iki dəfə baş naziri seçə bilməzsə buraxılır. Birinci seçki oktyabrın 24-də keçirilib. Odur ki, bu dəfə də seçki baş tutmadığından Ermənistan parlamenti buraxılır. Növbədənkənar parlament seçkilərinin dekabrın 9-da keçiriləcəyi gözlənilir. Seçkilərin keçirilmə tarixini ölkə prezidenti elan edəcək. 

Son xəbərlər

Orphus sistemi