Yuxarı

Elazığda törədilən partlayış nəticəsində 3 nəfər ölüb, 146 nəfər yaralanıb - YENİLƏNİB-2

Yaralılardan 14 nəfərinin vəziyyəti ağırdır

Bakı. 18 avqust. REPORT.AZ/ Elazığda terrorçu PKK qruplaşmasının törətdiyi terror nəticəsində 3 nəfər şəhid olub, 146 nəfər yaralanıb.

"Report" "Haberturk"ə istinadən xəbər verir ki, bu haqda Elazığ valiliyi açıqlama yayıb.

Məlumata görə, yaralılardan 14 nəfərinin vəziyyəti ağırdır.  

*** 11:24

Terrorçu PKK qruplaşmasının Elazığ bölgəsi Təhlükəsizlik İdarəsinə partlayıcı yüklənmiş avtomobillə hücumu nəticəsində 3 nəfər ölüb, 50 nəfər yaralanıb. 

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, yaralılar xəstəxanaya yerləşdirilib.

*** 10:38

Türkiyənin Elazığ bölgəsi Təhlükəsizlik İdarəsinin yaxınlığında partlayış olub.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerinə çoxlu sayda təcili tibbi yardım maşınları cəlb edilib.

Elazığ bələdiyyəsinin sədr müavini Mahmud Varol "Haberturk"ə açıqlamasında deyib ki, hazırda ölən və yaralananlar haqda məlumat yoxdur: "Partlayıcı yüklü avtomobilin partladılması nəticəsində Təhlükəsizlik İdarəsinin binası qarşısındakı maşınlar yanıb. Partlayışın səsini bələdiyyə binasında da eşitdik. Partlayış güclü idi. Elə bildik bələdiyyə binasına bomba atdılar. Halbuki Elazığ bölgəsi Təhlükəsizlik İdarəsi ilə bələdiyyə arasında 5 km məsafə var".



Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi