Yuxarı

Binəli Yıldırım: "Əgər dostlarımız hələ də bizdən dəlil göstərməyimizi istəyirsə, bir az inamsızlıq yaşayırıq"

Türkiyə-ABŞ dostluğunun sorğu-sual olunması gündəmə gələ bilər

Bakı. 18 iyul. REPORT.AZ/ "Türkiyə-ABŞ dostluğunun sorğu-sual olunması gündəmə gələ bilər".

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım ABŞ-ın Fətullah Gülənin ekstradisiyası üçün sübutlar istəməsi məsələsinə münasibət bildirərkən deyib.  

Onun sözlərinə görə, ABŞ Türkiyənin dostu, strateji müttəfiqidir: "İki ölkə arasında dərin münasibətlər var. Mən ABŞ rəhbərliyinin diqqətinə çatdırmaq istəyirəm ki, bir ölkədə demokratiyaya son qoymaq üçün hakimiyyəti nə olduğu bəlli olmayan bir rejimlə əvəzləməyə səy göstərilib. Ancaq sizlər dəlil istəyirsiniz. Bundan daha yaxşı dəlil olarmı? Bir dövləti məhv etməyə çalışan təşkilat nümayəndələri və ona göstəriş verən birisi varkən dostlarımız hələ də bizdən dəlil göstərməyimizi istəyirsə, bir az inamsızlıq yaşayırıq. Ancaq bütün bünlara baxmayaraq, zəruri sənədlərin hazırlanması üçün Ədliyyə Nazirliyi səy göstərir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi