Baş nazir: “ABŞ-ın ağlını başına yığması lazımdır”

Baş nazir: “ABŞ-ın ağlını başına yığması lazımdır” Bakı. 12 fevral. REPORT.AZ/ “ABŞ-ın ağlını başına yığması lazımdır”.
Region
12 Fevral , 2018 15:45
Baş nazir: “ABŞ-ın ağlını başına yığması lazımdır”
REUTERS/ Yiannis Kourtoglou

Bakı. 12 fevral. REPORT.AZ/ “ABŞ-ın ağlını başına yığması lazımdır”.

“Report” NTV-yə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Binəli Yıldırım Afrində keçirilən “Zeytun budağı” antiterror əməliyyatı barədə danışarkən deyib.

“Heç bir bazarlıq etməyəcəyik. Afrini terrorçulardan təmizləyəcəyik. “Fərat qalxanı” ilə Münbic-Azez arasını terrordan təmizlədiymiz kimi Afrini də terrorçu qruplaşmalardan xilas edəcəyik. Terror bizim üçün ən təhlükəli bəladır. Amerikanın ağlını başına yığması lazımdır. Baş verənlərin dövlət maraqları ilə uyğun gəlmədiyini görməzsiniz, o zaman biz terror təhlükəsini sona çatdırmaq üçün lazım olan addımları atarıq. Heç kimin icazəsinə ehtiyacımız yoxdur. Beynəlxaq hüququn bizə verdiyi bütün səlahiyyətlərdən axıradək istifadə edəcəyik”, - deyə baş nazir vurğulayıb.  

Son xəbərlər

Orphus sistemi