Baş katib: "GUAM-ın gələn il keçiriləcək sammitində üzv ölkələr arasında mühüm sənədlər imzalanacaq"

Baş katib: "GUAM-ın gələn il keçiriləcək sammitində üzv ölkələr arasında mühüm sənədlər imzalanacaq" Tbilisi. 28 noyabr. REPORT.AZ/ “Moldovanın GUAM-a sədrliyi dövründə bu təşkilatın ölkələri arasında nəqliyyat dəhlizinin və azad ticarət zonasının yaradılması məsələləri ilə bağlı yekun sənəd imzalanacaq”.
Region
28 Noyabr , 2017 17:00
Baş katib: GUAM-ın gələn il keçiriləcək sammitində üzv ölkələr arasında mühüm sənədlər imzalanacaq
Report

Tbilisi. 28 noyabr. REPORT.AZ/ “Moldovanın GUAM-a sədrliyi dövründə bu təşkilatın ölkələri arasında nəqliyyat dəhlizinin və azad ticarət zonasının yaradılması məsələləri ilə bağlı yekun sənəd imzalanacaq”.

Bunu “Report”un Gürcüstan bürosuna müsahibəsində GUAM-ın Baş katibi Altay Əfəndiyev söyləyib.

A.Əfəndiyev deyib ki, GUAM ölkələri arasında nəqliyyat dəhlizinin yaradılması ilə bağlı 2007-ci ildə Bakı Sammitində ilkin razılıq əldə olunub və tərəflərə bu istiqamətdə işləri davam etdirmək üçün müxtəlif tapşırıqları verilib. 2013-cü ildə Tbilisdə keçirilən tədbirdə isə müəyyən konsepsiya təsdiq olunmuşdu: "Tbilisidə keçirilən “İpək yolu” forumunda Moldovanın baş naziri Pavel Filipin bu məsələyə toxunması da təsadüfi deyildir. İndi biz bu konsepsiyanı strategiyaya çevirmək istəyirik".

A.Əfəndiyev deyib: “Bizim qarşımızda hazırda iki əsas vəzifə dayanır. Bunlardan biri nəqliyyat dəhlizinin yaradılması, digəri isə azad ticarət zonasının yaradılmasıdır. Gələn il GUAM-a sədrlik Moldovaya keçir. Gələn il GUAM ölkələrinin baş nazirlərinin görüşü də nəzərdə tutulub. Həmin görüşdə bu strategiyanın həyata keçirilməsi məsələsi həllini tapacaq və müvafiq sənədlər imzalanacaq”.

Son xəbərlər

Orphus sistemi