Avropa Parlamentinin sədri: “Avropa İttifaqı qapılarını Türkiyəyə açıq saxlamaq məcburiyyətindədir”

Avropa Parlamentinin sədri: “Avropa İttifaqı qapılarını Türkiyəyə açıq saxlamaq məcburiyyətindədir” Antonio Tajani: “Ankara ilə davamlı olaraq müzakirələr aparmalıyıq"
Region
7 Sentyabr , 2017 14:45
Avropa Parlamentinin sədri: “Avropa İttifaqı qapılarını Türkiyəyə açıq saxlamaq məcburiyyətindədir”
AFP 2017/ JOHN THYS

Bakı. 7 sentyabr. REPORT.AZ/ “Avropa İttifaqı Türkiyə ilə qaçqın problemi, terrora qarşı mübarizə kimi mövzuları müzakirə etmək üçün qapılarını açıq saxlamaq məcburiyyətindədir”.

“Report” “Ajanshaber”ə istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin sədri Antonio Tajani “Politico” saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, Türkiyə edam hökmünü bərpa edərsə, o zaman Avropa İttifaqı ilə dialoqun kəsilməsi ehtimalı daha çox olacaq: “Türkiyə ilə Avropa İttifaqı arasında gömrük əməkdaşlığına dair anlaşmanın yenilənməsi ikitərəfli əlaqələrdən asılıdır. Türkiyə ilə davamlı olaraq müzakirələr aparmalıyıq. Yalnız belə olarsa, bəzi məsələlərdə Türkiyənin davranışının dəyişə bilərik”.

Son xəbərlər

Orphus sistemi