Almaniya XİN sözçüsü: “Bizim ölkədə PKK-ya üzv olmaq cinayətdir”

Almaniya XİN sözçüsü: “Bizim ölkədə PKK-ya üzv olmaq cinayətdir” İohannes Dimros: “PKK Almaniyada terrorçu qruplaşmalar siyahısındadır”
Region
13 Dekabr , 2016 10:23
Almaniya XİN sözçüsü: “Bizim ölkədə PKK-ya üzv olmaq cinayətdir”

Bakı. 13 dekabr. REPORT.AZ/ ”PKK Almaniyada terrorçu qruplaşmalar kateqoriyasına aid siyahıya daxil edilib”.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, bunu Almaniya Xarici İşlər Nazriliyinin sözçüsü İohannes Dimros Berlində keçirdiyi mətbuat konfransında “terrorçu PKK-nın Almaniyada pul və adam toplamasına görə, polis nə kimi tədbirlər görür” sualına cavabında bildirib.

O qeyd edib ki, PKK Almaniyada terrorçu qruplaşmalar siyahısında yer aldığından ona sıravi üzv olmaq belə cinayətdir: "Almaniya federal qaydalarla idarə edilir. Ona görə də görülən tədbirlərlə bağlı Konstitusiyanı Qoruma Təşkilatının hesabatına baxmaq lazımdır. Həmin hesabatda PKK üzvünə qarşı silsilə istintaq hərəkətləri aparıldığı və cinayət işlərinin açıldığını görə bilərsiz. Xatırladım ki, son günlərdə Almaniyada DNKP-C (Türkiyədə fəaliyyət göstərən İnqilabçı Xalq Qurtuluş Partiyası- Cəbhəsi – “Report”) üzvü həbs edilib”.

Qeyd edək ki, Türkiyə mətbuatı Almaniya, İngiltərə, Fransa, Avstriya, İsveç, Finlandiya, Hollandiya və Danimarkada HDP-yə dəstək aksiyalarında iştirak edənlərin əllərində terrorçu PKK qruplaşmasına aid rəmzləri tutduqlarını yazmışdı. Həmin məlumatlara görə, Almaniya istisna olmaqla 2007-2016-cı illərdə rəsmi Ankara Avropa İttifaqının 20 ölkəsindən 263 terrorçunu təhvil verməyi tələb etsə də, buna hələ də müsbət cavab verilməyib. Rəsmi Ankara Almaniyadan isə terrorçu PKK-nın 136 üzvünü təhvil verməyi istəyib. Amma rəsmi Berlin bu tələbi yerinə yetirməyib. 

Bəzi xəbərlərə əsasən, PKK-nın Avropadakı təşkilatlarından hər il 30 milyon avro məbləğində “ianə” toplanılır. Bu maliyyə vəsaitinin bir hissəsi Avropadakı PKK-yönümlü qruplara, daha böyük hissəsi terrorçulara göndərilir.

Mütəxəssislərin qənaətincə, terrorçu PKK üzvləri və təəssübkeşləri Almaniya və Avropa İttifaqının başqa ölkələrində müxtəlif ad altında ictimai təşkilatlarda fəaliyyət göstərir, Türkiyəyə qarşı keçirdikləri etiraz aksiyalarında isə bir qayda olaraq, açıq şəkildə PKK-nın rəmzlərini əllərində tuturlar. 

Son xəbərlər

Orphus sistemi