Yuxarı
    Bağlamaq

    Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağlayıb

    Almaniya cari il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də oxşar addımı atmışdı

    Bakı.15 sentyabr. REPORT.AZ/ Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.

    "Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.

    Məlumata görə, Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

    Qeyd edək ki, cari il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı. Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi