Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağlayıb

Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağlayıb Almaniya cari il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də oxşar addımı atmışdı
Region
15 Sentyabr , 2016 12:20
Almaniya Türkiyədəki bütün nümayəndəliklərini bağlayıb

Bakı.15 sentyabr. REPORT.AZ/ Almaniya təhlükəsizlik səbəbindən Türkiyədəki səfirliyini, konsulluğunu və məktəblərini bağlayıb.

"Report" "Bild" qəzetinə istinadən xəbər verir ki, buna səbəb kimi Almaniya təmsilçiliklərinə ehtimal edilən hücum göstərilib.

Məlumata görə, Almaniyanın səfirliyi, konsulluğu və məktəbləri sentyabrın 16-dək bağlı olacaq.

Qeyd edək ki, cari il martın 19-da Ankarada törədilən terror aktından iki gün əvvəl də Almaniya Türkiyədəki səfirliyini, konsulluğunu və İstanbuldakı alman liseyini təhlükəsizlik səbəbindən bağlamışdı. Həmin terror nəticəsində 4 nəfər ölmüş, 36 nəfər isə yaralanmışdı. 

Son xəbərlər

Orphus sistemi