ABŞ Prezidentinin müşaviri Rusiyada danışıqlar aparır - YENİLƏNİB

Region
  • 22 oktyabr, 2018
  • 14:04
ABŞ Prezidentinin müşaviri Rusiyada danışıqlar aparır - YENİLƏNİB

Bakı.22 oktyabr. REPORT.AZ/ ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə danışıqlar zamanı silahlar barədə razılaşmalar da daxil olmaqla bir sıra məsələr ətrafında müzakirələr aparıb.

“Report” ABŞ-ın Rusiyadakı səfirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, tərəflər habelə Suriya, İran, Şimali Koreya, həmçinin terrorla mübarizə ilə bağlı bir çox məsələləri müzakirə ediblər.


***16:41

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Con Bolton Moskvada Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə beynəlxalqtəhlükəsizlik məsələlərini və iki ölkə arasında bu istiqamətdəki əməkdaşlığınyollarını müzakirə edir.

“Report”Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya TəhlükəsizlikŞurasının mətbuat katibi Evgeni Anoşin məlumat verib.

Onun sözlərinə görə, görüş qapalıkeçirilir.

Xatırladaqki, C.Bolton oktyabrın 24-də Azərbaycana gələcək.

Son xəbərlər

Bütün Xəbər Lenti