Yuxarı

​ABŞ prezidenti "erməni soyqırımı" ifadəsəni işlətməyəcək

Ağ evin təmsilçiləri erməni komitəsinin nümayəndələri ilə görüşüb

Bakı. 22 aprel. REPORT.AZ/ ABŞ prezidenti Barak Obama aprelin 24-də verəcəyi bəyanatda "erməni soyqırımı" ifadəsini işlətməyəcək.

"Report" xəbər verir ki, bu haqda Ermənistan KİV-i məlumat yayıb.

Belə ki, Ağ ev administrasiyasının başçısı Dennis Makdonou və prezidentin milli təhlükəsizlik məsələləri müşavirinin müavini Ben Rods Amerikadakı Erməni Milli Komitəsi nümayəndələrini qəbul ediblər.

Görüşdə Ağ evin təmsilçiləri erməni komitəsinin nümayəndələrinə bildiriblər ki, aprelin 24-də prezident Barak Obama "erməni soyqırımı" ifadəsini işlətməyəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi