Zurabişvilinin “Xarici təsirin şəffaflığı" barədə qanunun ləğvi ilə bağlı konstitusiya şikayəti rədd edilib

Zurabişvilinin “Xarici təsirin şəffaflığı" barədə qanunun ləğvi ilə bağlı konstitusiya şikayəti rədd edilib Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanunun ləğvi ilə bağlı konstitusiya şikayəti geri çəkilib
Region
24 mart 2025 13:19
Zurabişvilinin “Xarici təsirin şəffaflığı barədə qanunun ləğvi ilə bağlı konstitusiya şikayəti rədd edilib

Gürcüstan prezidenti Mixeil Kavelaşvili sabiq prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı" haqqında qanunun ləğvi ilə bağlı konstitusiya şikayətini rədd edib.

"Report"un Gürcüstan bürosu bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Prezident Administrasiyası tərəfindən yayılmış məlumatda bildirilir ki, “Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanır və bu, Gürcüstanın dövlətçiliyinin əsas prinsipinin - milli suverenliyin qorunmasına və ölkənin sabit inkişafına kömək edir.

"Qanun cəmiyyətin xarici qüvvələrin maraqlarını daşıyan təşkilatların maliyyə mənbələri haqqında maksimum məlumatlandırılmasına xidmət edir. Buna görə də, Gürcüstanın Prezidenti Mixeil Kavelaşvili konstitusiya şikayətinə rədd cavabı vermək qərarına gəlib", - məlumatda qeyd edilib.

Son xəbərlər

Orphus sistemi