Zelenski xalqa müraciət edib: "Dövləti qoruyun!"

Zelenski xalqa müraciət edib: "Dövləti qoruyun!" “Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun!”
Region
14 Mart , 2022 17:26
Zelenski xalqa müraciət edib: Dövləti qoruyun!

“Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun!”

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski martın 14-də videomüraciətində bildirib.

“Rusiya şəhərlərimizə zərbə endirməklə infrastrukturu dağıtmaqda davam edir. Ancaq biz hər şəhərin küçəsini, hər ukraynalının evini, mənzilini bərpa edəcəyik. Torpaqlarımızda hələ ki işğalçı var, indi biz onu bacardığımız kimi vurmalıyıq. Şəhəri, kəndi, torpağımızın hər qarışını, ürəyimizin hər parçasını müdafiə etməliyik. Ukraynalı ürəyini, ukraynalı ruhunu müdafiə etməliyik! Bir-birinizə yardım edin! Bir-birinizi dəstəkləyin! Müdafiədə durun! Dövləti qoruyun! ”Biz birlikdə qalib gələcəyik!”, - deyə o vurğulayıb.

Zelenski Rusiyanın bu müharibəyə onillər ərzində hazırlıq gördüyünü dilə gətirib: “Onlar mənfur məqsəd üçün, qonşuları diz çökdürmək üçün xeyli hərbi ehtiyat toplayıblar. Bunu Ukraynanı, Avropanı yox etmək naminə ediblər".

Son xəbərlər

Orphus sistemi