Zelenski: “Polşa, Çexiya, Sloveniya baş nazirlərinin səfəri cəsarətli addımdır”

Zelenski: “Polşa, Çexiya, Sloveniya baş nazirlərinin səfəri cəsarətli addımdır” Polşa, Çexiya və Sloveniya baş nazirlərinin Kiyevə səfəri cəsarətli və düzgün addımdır.
Region
16 Mart , 2022 02:56
Zelenski: “Polşa, Çexiya, Sloveniya baş nazirlərinin səfəri cəsarətli addımdır”
Volodimir Zelenski

Polşa, Çexiya və Sloveniya baş nazirlərinin Kiyevə səfəri cəsarətli və düzgün addımdır.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenskinin sözlərinə görə, əsas odur ki, Ukrayna onlara tamamilə etibar edir: “Söhbət təhlükəsizlik zəmanətlərindən, sanksiyalar siyasətindən gedir”.

"Onlar bizə çox kömək edirlər. Hər şeydən əvvəl bu, güclü mövqedir ki, Rusiya Federasiyasının genişmiqyaslı işğalı ilə əlaqədar bir çox səfirlərin Ukraynanı tərk etdiyi bir vaxtda bu insanlar, gözəl, müstəqil Avropa dövlətlərinin rəhbərləri heç nədən qorxmurlar. Onlar bizim taleyimizdən daha çox qorxurlar”, - Zelenski bildirib.

Dövlət başçısı qeyd edib ki, bu, çox mehriban addımdır və belə dostlar, tərəfdaşlarla Ukrayna qalib gələ biləcək.

"Ukrayna üçün bu çətin zamanda Kiyevə səfəriniz dəstəyin güclü sübutudur. Biz bunu həqiqətən yüksək qiymətləndiririk", - deyə Zelenskinin mətbuat xidməti onun sözlərini sitat gətirib.

Qeyd edək ki, dünən Polşanın Baş naziri Mateuş Moravetski, Çexiyanın Baş naziri Petr Fiala və Sloveniyanın Baş naziri Janez Yanşa ilə birlikdə Kiyevə səfər edib. Ukrayna Prezidenti Kiyevdə Polşanın Baş naziri Mateuş Moravetski, Polşa baş nazirinin müavini Yaroslav Kaçinski, Çexiya və Sloveniyanın baş nazirləri ilə görüşüb.

Son xəbərlər

Orphus sistemi