Litva Prezidenti Gitanas Nauseda Vilnüsdə ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşüb.
“Report” xəbər verir ki, bunu G.Nauseda “X” hesabında yazıb.
O, Ukraynanın qələbəsinə inandığını və Kiyevə dəstəyin davamlı olacağını bildirib. V.Zelenski isə həmkarına güclü dəstəyə görə təşəkkür edib.
Ukrayna Prezidenti Volodimir Zelenski Litvaya işgüzar səfərə gedib.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə V.Zelenski sosial şəbəkələrdəki səhifəsində məlumat verib.
“Litva, Estoniya və Latviya bizim etibarlı dostlarımız və əsas tərəfdaşlarımızdır. Daha sonra mən Tallində və Riqada olacağam”, - o bildirib.
O, Litva Prezidenti, Baş naziri və parlamentin spikeri ilə danışıqlar aparacağını qeyd edib. Bundan başqa, digər siyasi qüvvələrin, KİV-lərin və Ukrayna ictimaiyyətinin nümayəndələri ilə görüşlər də nəzərdə tutulub.
Tərəflər təhlükəsizlik, Avropa İttifaqı və NATO-ya inteqrasiya, radioelektron və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıq kimi məsələləri müzakirə edəcəklər.