Zelenski: “Humanitar dəhliz üçün lazım olan hər şeyi etsək də, Rusiya atəşi dayandırmadı”

Zelenski: “Humanitar dəhliz üçün lazım olan hər şeyi etsək də, Rusiya atəşi dayandırmadı” "Mariupol və Volnovaxa şəhərləri tamamilə blokadada qalır. Humanitar dəhlizin işləməsi üçün lazım olan hər şeyi etsək də, Rusiya qoşunları atəşi dayandırmadı. Buna baxmayaraq, mən hər halda Mariupola yük maşınlarından ibarət karvan göndərmək qərarına gəld
Region
11 Mart , 2022 03:05
Zelenski: “Humanitar dəhliz üçün lazım olan hər şeyi etsək də, Rusiya atəşi dayandırmadı”

"Mariupol və Volnovaxa şəhərləri tamamilə blokadadadır. Humanitar dəhlizin işləməsi üçün lazım olan hər şeyi etsək də, Rusiya qoşunları atəşi dayandırmadı. Buna baxmayaraq, mən hər halda Mariupola yük maşınlarından ibarət karvan göndərmək qərarına gəldim. Ərzaq, su, dərman ilə”.

“Report” xəbər verir ki, bunları Ukrayna Prezidenti Volodimir Zelenski xalqa növbəti müraciətində bildirib.

Dövlət başçısı həmçinin qeyd edib ki, döyüşlərin getdiyi şəhərlərdən dinc əhalinin təxliyəsi davam edir.

"Bu gün bizim qarşımızda duran əsas vəzifələrdən biri humanitar dəhlizlərin təşkili idi. Bu gün artıq 40 minə yaxın insanımız təxliyə olunub. Biz həmçinin humanitar ləvazimatlar çatdıra bildik: yüzlərlə ton ərzaq, dərman”, - Prezident əlavə edib.

Zelenskinin sözlərinə görə, hazırda Ukraynada baş verənlər təcrübəli terrorçuların cəsarətli terrorudur.

"Dünya bunu bilməlidir. Mən bunu etiraf etməliyəm. Biz hamımız terror dövlətinə qarşı mübarizə ilə məşğuluq", - dövlət başçısı vurğulayıb.

Son xəbərlər

Orphus sistemi