Zelenski: ABŞ-nin Rusiyaya təzyiq göstərməsi atəşkəsə gətirib çıxara bilər

Zelenski: ABŞ-nin Rusiyaya təzyiq göstərməsi atəşkəsə gətirib çıxara bilər Rusiya Ukrayna ilə tam atəşkəsə əlavə şərtlər olmadan razılıq verə bilər, lakin bunun üçün ABŞ təzyiq göstərməlidir.
Region
3 aprel 2025 17:49
Zelenski: ABŞ-nin Rusiyaya təzyiq göstərməsi atəşkəsə gətirib çıxara bilər

Rusiya Ukrayna ilə tam atəşkəsə əlavə şərtlər olmadan razılıq verə bilər, lakin bunun üçün ABŞ təzyiq göstərməlidir.

“Report” Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Volodimir Zelenski bildirib.

"Ukrayna tam və qeyd-şərtsiz atəşkəsə hazır olduğunu nümayiş etdirib və bunu hamı vurğulayır. Amerikalıların gücləndirilmiş təzyiqi və Rusiya tərəfi ilə dialoqu atəşkəsə gətirib çıxaracaq", - o qeyd edib.

Prezident həmçinin bildirib ki, Ukrayna atəşkəs üçün Rusiyaya qarşı sanksiyaların ləğv edilməsinə qarşıdır. Avropa İttifaqı ölkələri də bu mövqeni dəstəkləyir.

Qeyd edək ki, Ukrayna və ABŞ rəsmiləri martda Səudiyyə Ərəbistanında keçirilən görüşdə Ukrayna və Rusiya arasında 30 günlük atəşkəs təşəbbüsünü müzakirə ediblər.

Orphus sistemi