Zelenski ABŞ Konqresinə səslənib: “Barış qazancdan daha vacibdir”

Zelenski ABŞ Konqresinə səslənib: “Barış qazancdan daha vacibdir” Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinə Rusiya ilə daha sərt mübarizə aparmağa çağırıb.
Region
16 Mart , 2022 17:27
Zelenski ABŞ Konqresinə səslənib: “Barış qazancdan daha vacibdir”
Volodimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Konqresinə Rusiya ilə daha sərt mübarizə aparmağa çağırıb.

“Report” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ABŞ Konqresində onlayn formatda canlı çıxışı zamanı danışıb.

“Yeni sanksiyalara, yeni paketlərə ehtiyac var. Bütün bunlar Rusiyanın hərbi maşını dayananadək davam etməlidir. Biz Rusiyanın bütün siyasətçilərinə, Ukraynaya təcavüzdə əli olanlarla əlaqəsi olanlara və ya buna etiraz etməyə mənəvi gücü çatmayanlara qarşı sanksiya tətbiq etməyə çağırırıq. Əgər özünüzün və ya çevrənizdəki birinin Rusiyada biznesi varsa, təzyiq edib bunun qarşısını kəsməlisiniz. Rusiya təcavüzdə istifadə edəcəyi bir qəpiyi də əldə etməməlidir. Bu, bizim ölkəmizin, Avropanın dağıdılmasıdır. Barış qazancdan daha vacibdir”, - dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidentinin nitqindən sonra konqresmenlər ayağa qalxaraq onu alqışlayıblar.

Son xəbərlər

Orphus sistemi