Zaxarova: “Rusiyanın Ermənistanla münasibətləri praqmatik, qarşılıqlı faydalı əsaslar üzərində qurulub”
- 27 dekabr, 2023
- 12:17
Yeniliklərdən dərhal xəbərdar olun!
Rusiyanın Ermənistanla qarşılıqlı fəaliyyəti Avrasiya İqtisadi Birliyi (AİB) çərçivəsində praqmatik, qarşılıqlı faydalı əsasda qurulur.
"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.
“İldən-ilə Ermənistanın özünün iqtisadi göstəricilərində yüksək artım templəri müşahidə olunur, İrəvan ittifaqda iştirakından əhəmiyyətli dividentlər alır”, - o bildirib.
M.Zaxarovanın sözlərinə görə, bəzi mübahisəli bəyanatlara baxmayaraq, Rusiya Ermənistanla, eləcə də AİB-ə üzv olan ölkələrlə konstruktiv, siyasətdən kənarlaşdırılmış dialoq qurur: “Yanvarın 1-dən orqanlara sədrlik Ermənistana keçir. Ermənistanın baş naziri dekabrın 25-də Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclasında çıxış edərək, İrəvanın diqqətini orta və uzunmüddətli perspektivdə vəzifələrin tam icrasına yönəltdiyini bəyan edib. Biz tərəfdaşlarımızın Avrasiya iqtisadi inteqrasiyasının inkişafının gücləndirilməsinə yönəlmiş addımılarını dəstəkləyirik”.