Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir

Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir Rusiya ardıcıl olaraq Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır, bununla bağlı bütün tərəflərin maraqları qeyd-şərtsiz nəzərə alınır.
Region
11 Sentyabr , 2024 18:24
Zaxarova: Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasını tam dəstəkləyir
Mariya Zaxarova

Rusiya ardıcıl olaraq Cənubi Qafqazda bütün nəqliyyat və iqtisadi kommunikasiyaların açılmasının tərəfdarıdır, bununla bağlı bütün tərəflərin maraqları qeyd-şərtsiz nəzərə alınır.

"Report" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə deyib.

O, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 9-cu bəndini xatırladıb, bu, bəyanat, regionda nəqliyyat marşrutlarının açılmasından bəhs edir. M.Zaxarova Rusiya tərəfinin öz öhdəliklərinə 100 faiz sadiq qaldığını bəyan edib:

“Biz əminik ki, belə formul təkcə Bakı və İrəvanın deyil, bütün qonşuların, mən regiondakı qonşuları, o cümlədən Rusiya, İran və Türkiyənin maraqlarına cavab verir”.

Zaxarova üçtərəfli işçi qrupunun (kommunikasiyaların açılması məsələsi üzrə - red.) razılaşmalar əsasında yaradıldığını xatırladıb, lakin onun işinin yavaşladığına da eyham vurub.

“Təəssüf ki, bizim günahımız olmamaqla, bu qrupdakı işlər düyünə düşüb. Məncə, bunun kimin günahı olduğunu təxmin edə bilərsiniz”, - o söyləyib.

Son xəbərlər

Orphus sistemi