Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var

Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin “reseptlərindən” sonra Aİ ölkələri ilə Rusiya arasında qaçılmaz hərbi toqquşma riski var.
Region
3 Sentyabr , 2024 23:14
Zaxarova: Borrellin “reseptlərindən” sonra Aİ ilə Rusiya arasında hərbi toqquşma riski var
Mariya Zaxarova

Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borrellin “reseptlərindən” sonra Aİ ölkələri ilə Rusiya arasında qaçılmaz hərbi toqquşma riski var.

“Report” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.

Onun sözlərinə görə, bu toqquşmanın nəticələri fəlakətli olacaq. Zaxarova onu da xatırladıb ki, Borrell dəfələrlə Ukrayna münaqişəsinə son qoyulmasının Avropa İttifaqının maraqlarına uyğun olmadığını açıqlayıb, baxmayaraq ki, əgər istəsə, Aİ Ukraynaya silah verməməklə döyüşləri “iki həftə ərzində” dayandıra bilər.

“Əvəzində Avropa İttifaqı Kiyevə silah tədarükünü sürətləndirmək və artırmaq zərurəti ilə bağlı bəyanatlar verir”.

Son xəbərlər

Orphus sistemi