Zalkaliani: “Tbilisini Azərbaycan və Ermənistana müzakirə platforması kimi təklif edirik”

Zalkaliani: “Tbilisini Azərbaycan və Ermənistana müzakirə platforması kimi təklif edirik” XİN başçısı Azərbaycan və Ermənistanın bu təklifi dəyərləndirəcəyinə ümidvar olduğunu bildirib
Region
3 Mart , 2021 15:47
Zalkaliani: “Tbilisini Azərbaycan və Ermənistana müzakirə platforması kimi təklif edirik”

“Gürcüstan qonşuları – Azərbaycan və Ermənistana Tbilisini iqtisadiyyat, biznes, insanlar arasında münasibətlər və mədəni əməkdaşlıqla bağlı konkret layihələrin müzakirəsi üçün platforma kimi təklif edir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri David Zalkaliani türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə brifinqdə deyib.

XİN başçısı Azərbaycan və Ermənistanın bu təklifi dəyərləndirəcəyinə ümidvar olduğunu bildirib.

D.Zalkalianin sözlərinə görə, Gürcüstan regionun əsas ölkələrindən biri kimi bölgədə baş verən önəmli proseslərdən və reallaşdırılan layihələrdən kənarda qala bilməz.

Son xəbərlər

Orphus sistemi