Yunanıstanda türk dilində məktəblər bağlanıb

Yunanıstanda türk dilində məktəblər bağlanıb Hökumət etnik azlıqlara məxsus 60 məktəbin qapısını möhürləyib
Region
113
19 Sentyabr , 2016 14:24
Yunanıstanda türk dilində məktəblər bağlanıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Yunanıstan hökuməti Qərbi Frakiya bölgəsində 9 türk dilli məktəbin qapısını bağlayıb, habelə məktəblərdə türkcə dərslərin saatlarını da azaldıb.

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, yeni tədris ilində Yunanıstan hökuməti etnik azlıqlara məxsus 60 məktəbi bağlayıb.

Məlumata görə, Yunanıstan Təhsil Nazirliyi bunu həmin məktəblərdə şagirdlərin sayının az olması ilə əlaqələndirir.

Gümülcinedəki Cəlal Bayar adına azlıqların orta məktəbi və liseyi cəmiyyətinin İdarə Heyətinin üzvü Ahmet Arif Emin təhsil ocağına son zamanlar gələn şagirdlərin sayının artdığını bildirib: "Bu il liseydə 175 yeni şagird qeydə alınıb. Bununla da məktəbdəki şagirdlərin sayı 820-yə çatıb". 

Son xəbərlər

Orphus sistemi