​Yunanıstanda qaçqınların qayığı batıb, 18 mühacir ölüb

​Yunanıstanda qaçqınların qayığı batıb, 18 mühacir ölüb Ölənlər arasında uşaqlar da var
Region
19 Dekabr , 2015 12:58
​Yunanıstanda qaçqınların qayığı batıb, 18 mühacir ölüb

Bakı. 19 dekabr. REPORT.AZ/ Türkiyənin Muğla əyalətinin Bodrum rayonundan Yunanıstanın Kos adasına getmək istəyən qaçqınları aparan qayığın batması nəticəsində 18 mühacir həyatını itirib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Ölənlər arasında uşaqlar da var.

Türkiyənin sahil mühafizə xidmətinin əməkdaşları tərəfindən qayıqdakı 14 qaçqın xilas edilib. 

Son xəbərlər

Orphus sistemi